AZ

Azərbaycan neft və enerji sektorunu genişləndirməkdə Somaliyə kömək göstərməyə hazırdır - Nazir

Bakı. Trend:

Azərbaycan neft və enerji sektorunu genişləndirməkdə Somaliyəkömək göstərməyə hazırdır.

Trend xəbərverir ki, bunu Somali Federativ Respublikasının xarici işlər vəbeynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramovla bu gün Bakıdakeçirdiyi birgə mətbuat konfransında deyib.

"Çox məhsuldar görüşümüz oldu. İkinci dəfədir ki, biz Bakıdagörüşürük. Azərbaycan xalqına qonaqpərvərliyinə görə çox təşəkküredirəm.

Bu ilin əvvəlində Somali Prezidenti Azərbaycana səfər etmişdi.Nümayəndə heyəti Anlaşma Memorandumu imzalamaq üçün Bakıyagəlmişdi.

Həmkarımla təhsil sahəsinə dair müzakirələr apardıq. Eynizamanda, müdafiə və təhlükəsizlik sahəsində çox yaxşı əlaqələrimizmövcuddur. Strateji tərəfdaşlıq münasibətlərimiz mövcuddur.Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirməyi arzuedirik.

Azərbaycan neft ehtiyatları ilə məşhurdur. Azərbaycan neft vəenerji sektorunu genişləndirməkdə Somaliyə köməklik göstərməyəhazırdır.

Somali Prezidenti burada olanda ASAN Xidmətə baş çəkmişdi. Bu,fövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsiüçün çox böyük potensialdır. Bizə dəstək gösətrilir ki, özölkəmizdə də bu xidməti göstərə bilək", - nazir qeyd edib.

Seçilən
46
1
az.trend.az

2Mənbələr