AZ

Nazir: Azərbaycan Somaliyə enerji sektorunu genişləndirmək üçün kömək edir

Azərbaycan Somaliyə enerji, neft sektorunu genişləndirmək üçün kömək edir. Buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm.

APA xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan dənizdə ilk neft çıxaran ölkədir: “Təcrübənizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm”.

Seçilən
40
3
apa.az

4Mənbələr