AZ

Azərbaycan və Özbəkistan arasında enerji sahəsində saziş imzalanıb

Azərbaycan və Özbəkistan arasında enerji sahəsində saziş imzalanıb

Özbəkistanın Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” Səhmdar Cəmiyyəti arasında Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

Özbəkistan Energetika Nazirliyinin məlumatına görə, müqavilə “Ustyurt” neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyat və karbohidrogenlərin sonradan hasilatını nəzərdə tutur.

Sazişin şərtlərinə uyğun olaraq, azı 1 min kvadratkilometr sahədə 3D seysmik kəşfiyyat işlərinin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanması planlaşdırılır. Sənaye əhəmiyyətli karbohidrogen yataqları aşkar edildikdə, tərəflər onların işlənməsi və sonrakı hasilatı mərhələsinə keçəcəklər.

Seçilən
33
vergiler.az

1Mənbələr