Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenisabah.az-a açıqlamasında diqqətçəkən məqamlara toxunub.
Onun sözlərinə görə, artıq 5 ildən çoxdur istehlakçılar qiymət manipulyasiyalarına məruz qalır: Dominos pizza
“Ən müasir supermarketlərdə qiymətlərin həftəlik olaraq dəyişməsi, bəzən isə kassada daha yüksək göstərilməsi halları geniş yayılıb. Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə hər gün vətəndaşlardan şikayətlər daxil olur. Böyük istehlakçı aldadılması baş verir. Hələ çəki ilə bağlı aldatmaları demirəm – bazarlarda, kiçik marketlərdə bu hallara tez-tez rast gəlinir. Lakin müasir avadanlıqlarla təchiz edilmiş böyük supermarketlərdə də aldadılma hallarının artması ciddi narahatlıq doğurur”.
Eyyub Hüseynov bildirib ki, vətəndaşların çoxu kassada qiymət fərqini görsə də, məsələni qabartmadan mağazanı tərk edir.
“Müştəri məhsulun altındakı qiymətlə kassadakı qiymət fərqini görür, amma çox hallarda susaraq çıxıb gedir. Bu, doğru yanaşma deyil. Əgər kartla ödəniş edilibsə, istehlakçı mütləq şəkildə kassa çekini diqqətlə yoxlamalı, fərq gördükdə isə onun şəklini çəkərək mağazaya qayıtmalı və məhsulun altındakı qiyməti də çəkib rəhbərliyə təqdim etməlidir. Adətən ‘qiymətin dəyişdirilməsi unudulub’ cavabını verirlər, amma hər bir istehlakçının aradakı fərqi tələb etmək hüququ var”, – deyə sədr qeyd edib.
Ekspert əlavə edib ki, məsələ yalnız fərdi şəkildə deyil, rəsmi şəkildə də ictimailəşdirilməlidir:
10Mənbələr
-
news24.azMarketlərdə gizli taktika - Qiymət oyunu ifşa olundu ( 19681823)
-
avtosfer.azMarketlərdə gizli taktika - Qiymət oyunu ifşa olundu ( 19681259)
-
valyuta.azMarketlərdə gizli taktika - Qiymət oyunu ifşa olundu ( 19679375)
-
sfera.azMarketlərdə gizli taktika - Qiymət oyunu ifşa olundu ( 19677080)
-
tribunainfo.azMarketlərdə gizli taktika – Qiymət oyunu ifşa olundu ( 19677011)
-
turkustan.azMarketlərdə gizli taktika - Qiymət oyunu ifşa olundu ( 19665203)
-
demokrat.azMarketlərdə gizli taktika — Qiymət oyunu ifşa olundu ( 19661705)
-
buta.tvMarketlərdə gizli taktika - Qiymət oyunu ifşa olundu ( 19660817)
-
yenisabah.azMarketlərdə gizli taktika - Qiymət oyunu ifşa olundu ( 19660169)
-
yenisabah.azMarketlərdə gizli taktika Qiymət oyunu ifşa olundu ( 19660130)