Bu ilin ilk altı ayında Azərbaycan 3 milyon 122,35 min ABŞ dolları dəyərində balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları ixrac edib.
Valyuta.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 18,80 mib ABŞ dolları və ya 2,83 dəfə artım deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 1 milyon 103,55 min ABŞ dolları təşkil edib.
İdxal göstəricilərin də isə bu ilin ilk altı ayında Azərbaycana 20 milyon 432,90 min ABŞ dolları dəyərində balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları idxal olunub. 2024-cü ilin eyni dövründə bu rəqəm 19 milyon 884,98 min ABŞ dolları olub. Bu da 547,92 min ABŞ dolları və ya 2,76% artım deməkdir.