AZ

Radardan itən An 24 ün göyərtəsində olanların hamısı ölmüş ola bilər

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Anqara" Hava Yollarına məxsus təyyarə Xabarovsk - Blaqoveşensk - Tında reysi ilə uçan "An-24" sərnişin təyyarəsinin Amur vilayətində radarlardan itdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, İlkin məlumatlara görə, Amur vilayətində qəzaya uğrayan "An-24" sərnişin təyyarəsinin göyərtəsində olanların hamısı ölüb. Bu barədə mətbuata axtarış-xilasetmə əməliyyatında iştirak edən fövqəladə hallar xidmətinin nümayəndələri məlumat veriblər.

Zərərçəkənlərin dəqiq sayı və təbii fəlakətin baş vermə şəraiti barədə məlumat dəqiqləşdirilir. Müxtəlif hesablamalara görə, təyyarədə 46-dan 49-a qədər adam olub.

"SHOT Telegram" kanalının məlumatına görə, təyyarə ilə əlaqə marşrutun sonuncu hava limanı olan Tyndadan bir neçə kilometr aralıda kəsilib.

Şərqi Sibir Nəqliyyat Prokurorluğunun məlumatına görə, iyulun 24-də saat 11:21-də (yerli vaxtla) "Anqara" Hava Yollarına məxsus təyyarə Blaqoveşenskdən Tyndaya uçub. Saat 12:58-dən sonra təyyarənin ekipajı əlaqə saxlamaq mümkün olmayıb.

Daha sonra Amur vilayətində itən "An-24" təyyarəsinin qalıqları Tyndadan 15 km aralıda tapıldığı bildirilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
bizimyol.info

1Mənbələr