Rusiyanın Amur vilayətində qəzaya uğrayan An-24 sərnişin təyyarəsinin qalıqları geniş əraziyə səpələnib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə TASS rəsmi orqanlara istinadla məlumat yayıb.
“Təyyarənin qalıqları geniş əraziyə səpələnmiş vəziyyətdə aşkarlanıb. Qalıqların hamısı dağlıq və meşəlik ərazidə yerləşdiyi üçün oralara giriş çətinləşib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün An-24 təyyarəsinin qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfər – 43 sərnişin, 6 heyət üzvünün hamısı həlak olub.