Bakı. Trend:
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Trend xəbərverir ki, bu mərhələdə kəndə 29 ailə - 114 nəfər köçürülüb
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi növbəti sakinləriniqəbul etməyə hazırdır. Həsənriz kəndinə köç edənlər Respublikanınmüxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmətdiləyiblər.
Əlavə edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50mindən çox insan yaşayır.