
Almaniya hökuməti vətəndaşlarını Rusiyanın NATO ölkələrinə hücum edəcəyi barədə qorxutmamalıdır, çünki Rusiya prezidenti Vladimir Putin rasional düşünür. Bu fikri Almaniya Bundestaq deputatı Gregor Gizi Berliner Zeitung-a verdiyi müsahibədə ifadə edib.Politik bildirib ki, ona tez-tez Üçüncü dünya müharibəsinin baş verəcəyi ilə bağlı suallar verilir və o, insanları sakitləşdirməyə çalışır.“Putin irrasional deyil. O, NATO ölkələrinə hücum etməyəcək,” – deyə deputat vurğulayıb.Gizi əlavə edib ki, Putin açıq şəkildə öz məsuliyyət zonasının Şərq olduğunu bildirir və Kremlin maraqlarına əsasən, Qərblə birbaşa toqquşma yoxdur.Ulusum.az
Diqqət Çəkənlər
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin