AZ

Rafael İsgəndərovun qızının adından dələduzluğa cəhd edilib

Əməkdar artist Rafael İsgəndərovun qızının adından dələduzluğa cəhd olunub.
 
Bu haqda aktyorun qızı Gülarə İsgəndərova sosial media hesabında məlumat verib.
 
Xanım bildirib ki, onun mobil nömrəsindən istifadə edilərək onlayn alış-veriş səhifələrində qeydiyyatdan keçməyə cəhd edilib.
 
Xəbərdarlıq mesajı yayımlayan Gülarə İsgəndərova bu hal təkrarlanarsa polisə müraciət edəcəyini bildirib.
 
 
 

Seçilən
53
1
7news.az

2Mənbələr