AZ

Tanınmış jurnalist evində ÖLÜ TAPILDI 

Türkiyənin tanınmış iqtisadiyyat yazarlarından biri olan Nazlı Sarp həyatını itirib.

Referans bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, iki gün ərzində Sarpla əlaqə qura bilməyən yaxınları vəziyyətdən narahat olaraq hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Əraziyə gələn polis əməkdaşları yazıçının Şişli rayonundakı evinə baxış keçirib və onun cansız bədəni ilə qarşılaşıblar.

Hadisə yerində ilkin araşdırma aparılıb, Sarpın meyiti dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma davam edir.

Seçilən
44
1
referans.az

2Mənbələr