Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu "An-24" təyyarəsinin qalıqları tapılıb.
Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.
Qeyd olunub ki, hazırda qəzanın səbəbləri araşdırılır.