AZ

Füzulidəki yanğının qarşısı alındı

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə qurumun Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
66
13
olaylar.az

10Mənbələr