İlkin məlumata görə, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qəzanın baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
Qeyd edək ki, təyyarədə 49 nəfərin olduğu deyilir.
10:51
Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 43 nəfərin olduğu deyilən “An-24” təyyarəsinin qalıqları tapılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb. "Rosaviasiya"nın "Mi-8" helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, iki nəfər həlak olub, 11 nəfər yaralanıb- onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
10:10
Rusiyanın Amur bölgəsində içərisində 43 nəfərin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib.
Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, xilasedicilər “An-24”ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib.
“An-24”ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.
Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib.
Məlumata görə, “An-24” Tında aeroportuna eniş etməyə hazırlaşıb, lakin ilk cəhd alınmayıb. Təkrar eniş etmək üçün hündürlüyə qalxan təyyarə ilə az sonra əlaqə itib.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq və 6 ekipaj üzvü olmaqla 43 sərnişin var.