AZ

Millimizin müdafiəçisi Şimali Makedoniyada klubunda

Azərbaycan millisinin futbolçusu Milana Rəhimova karyerasını Şimali Makedoniyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, 21 yaşlı müdafiəçi “Lyuboten”lə danışıqları müsbət yekunlaşdırıb.

O, 2025/2026 mövsümündə Şimali Makedoniya çempionatının formasını geyinəcək. “Lyuboten” yeni futbol ilində Çempionlar Liqasında oynayacaq.

Qeyd edək ki, Rəhimova son mövsümdə Türkiyənin “Ünyespor” klubunun şərəfini qoruyub.

İdman.biz

Seçilən
68
idman.biz

1Mənbələr