AZ

Rusiyada radarlardan itən təyyarənin qalıqları tapılıb - YENİLƏNİB

Rusiyada radarlardan itən “AN-24” sərnişin təyyarəsinin qalıqları aşkar edilib. 

Missiya.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, xilasedicilər yoxa çıxan təyyarənin qalıqlarını Tındadan 15 km məsafədə tapıblar. 

Təfərrüatlar araşdırılır.

 10:21                                           ***********************

Rusiyanın Amur vilayətində Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi ilə əlaqə kəsilib. 

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. 

Bildirilib ki, təyyarədə 46 nəfər olub. 

Ehtimallara görə, təyyarə ilə əlaqə marşrut üzrə sonuncu hava limanından bir neçə kilometr aralıda - Tynda ərazisində kəsilib. 

Hadisənin təfərrüatları dəqiqləşdirilir. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
72
missiya.az

1Mənbələr