"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ilə maraqlanır.
Operativ Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid klubu 29 yaşlı ispaniyalının transferi üçün 100 milyon avro ödəməyə hazırdır. Bununla belə, Madrid təmsilçisi “Qızıl top”un qalibi ilə müqavilə imzalamağın çox çətin olacağını etiraf edir.
Eyni zamanda, “Mançester Siti” 2025/26 mövsümünün başlanmasına qədər Rodrini satmaq istəmir.
2024/25 mövsümündə yarımmüdafiəçi zədə səbəbindən "Mançester Siti"nin heyətində bütün turnirlərdə cəmi 4 oyunda iştirak edib.
Rodrinin klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 110 milyon avro olaraq qiymətləndirir.