Bakı, 24 iyul, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə və 1992 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitən 3 tondan artıq çəkidə 16 min 619 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.