AZ

Polis əməkdaşları tərəfindən 74 cinayətin üstü açılıb

İyulun 23-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, axtarışda olan ümumilikdə 92 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 33, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Həmçinin ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarışa verilən 11 nəfər tapılaraq ailələrinə təhvil verilib. Dələduzluq ittihamı ilə axtarışda olan daha 9 nəfər isə saxlanılıb.

DOĞRU.AZ

Seçilən
75
13
dogru.az

10Mənbələr