AZ

Ötən gün 49 cinayətin açılması təmin edilib

İyulun 24-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 6 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
13
29
yeniazerbaycan.com

10Mənbələr