AZ

Ölkədə 3300-dən çox doktorant təhsil alır: Yarıdan çoxu QADINDIR

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 50,2 faizi qadın olmaqla 3304 nəfər təhsil alıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, təhsil alanların 82,5 faizi fəlsəfə, 17,5 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıblar.

Belə ki, təhsil alanların 31,6 faizi elmi müəssisə və təşkilatlarda, 68,4 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb.

Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 27,4 və 72,6 faiz, elmlər doktoru proqramı üzrə isə 51,7 və 48,3 faiz təşkil edib.

Seçilən
30
azedu.az

1Mənbələr