ANAMA əməkdaşı ağır qəzada xəsarət aldı
Ağdam rayonunun Bənövşələr qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, rayon sakini 1995-ci il təvəllüdlü Əliyev Rəsad Əli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobill nasazlıq səbəbindən aşıb.
Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Məlumata görə, R.Əliyev ANAMA əməkdaşıdır.