AZ

Cəlilabadda qanunsuz küçə ticarəti ilə bağlı reyd KEÇİRİLDİ - FOTO

Cəlilabadın Göytəpə şəhərində qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, reyd aidiyyəti dövlət qurumları tərəfindən təşkil olunub.

Reyd zamanı əhalinin gediş-gəliş yolunu kəsmiş küçə ticarəti obyektləri yığışdırılaraq, piyada səkiləri təmizlənib.

Bu tipli reydlər mütəmadi olaraq davam etdiriləcək.


Bizim.Media

Seçilən
71
bizim.media

1Mənbələr