AĞDAM, 24 iyul. TELEQRAF
Ağdam rayonunda ANAMA əməkdaşı qəzaya düşüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə,hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini 1995-ci il təvəllüdlüƏliyev Rəsad Əli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobill nasazlıq səbəbindən aşıb. Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.