İyulun 23-də Ukrayna və Rusiya arasında əsir mübadiləsinin növbəti mərhələsi keçirilib.
Publika.az xəbər verir ki, Bu, İstanbulda əvvəlki razılaşmalar çərçivəsində doqquzuncu mübadilədir.
Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yazıb: "Bu gün geri qayıdan əsgərlər cəbhənin müxtəlif istiqamətlərində Ukraynanı müdafiə ediblər. Əhəmiyyətli hissəsi üç ildən artıq əsirlikdə olub. Hər kəs lazımi dəstək və tibbi yardım alacaq".