AZ

Xəbərdarlıq edildi: "Ölü illər" bəlli oldu - Yeri nə gözləyir?

Günəş aktivliyi pik həddini keçməsinə baxmayaraq, növbəti dörd il ərzində Yerə təsirini davam etdirəcək.

News24.az publika.az-a istinadən xəbər verir ki, bu barədə astronomiya elmləri üzrə alim Sergey Boqaçev məlumat verib.

Onun sözlərinə görə, bu dövrdə ekstremal kosmik hadisələr, o cümlədən güclü alovlar və maqnit qasırğaları mümkündür. Bildirilir ki, tarixi məlumatlar bu tendensiyanı təsdiqləyir.

Boqaçev izah edib ki, Günəşdə tam sakitlik yalnız ulduzun minimal aktivlik mərhələsinə daxil olduğu 2029-2031-ci illərdə baş verəcək.

"Doğrudan da cəmi iki-üç il adətən "ölü" olur. Əvvəlki dövrədə bu "ölü illər" 2018-2020-ci illər olub, növbəti dəfə isə 2029-2030-cu illər, bəlkə də qismən 2031-ci ili də əhatə edəcək", - alim bildirib.


Seçilən
104
2
news24.az

3Mənbələr