Mərdəkanda yerləşən “Dalga Beach Aquapark Resort” icazəsiz reklam yerləşdirməyə görə cərimələnib.
Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilsə də, “Dalga Beach” İstirahət Mərkəzinin rəhbərliyi bu tələbə məhəl qoymayıb. Nəticədə Bakının mərkəzindən 35 kilometr məsafədə yerləşən “Dalga Beach” İstirahət Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə “Dalga Beach Aquapark Resort” rəhbərliyi inzibati xətanı törətməkdə təqsirli bilinib və 5000 manat cərimə edib.

Qeyd edək ki, “Dalga Beach Aquapark Resort” “PMD Group” MMC-nin tabeçiliyi altında fəaliyyət göstərir. Şirkətin İdarə Heyətinin sədri Ruslan Mikailovdur.