Rusiya və Ukrayna İstanbulda keçirilmiş üçüncü danışıqlar raundunun nəticələrinə əsasən yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi barədə razılıq əldə ediblər.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Əsas nəticə odur ki, yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi planlaşdırılır”, – deyə mənbə bildirib.
Qeyd edək ki, Moskva və Kiyev nümayəndə heyətləri arasında baş tutan bu görüş təxminən 40 dəqiqə davam edib.