AZ

“Şelburn” - “Qarabağ“ – CANLI YAYIM

“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar” səfərdə İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gələcək.

Xorvatiyalı referi Ante Kulinanın idarə edəcəyi matç Dublindəki “Tolka Park” arenada, saat 22:45-də start götürəcək.

Komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.

22:45. "Şelburn" (İrlandiya) – "Qarabağ" (Azərbaycan) 0:0

"Şelburn": 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko

Baş məşqçi: Cosef O'brayn

"Qarabağ": 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Ante Çulina (Xorvatiya).

Seçilən
6
1
sportinfo.az

2Mənbələr