“Əsas məqsəd sülhə gedən yolu müəyyən edəcək atəşkəsdir. Biz üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyik”.
Bakues.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Ukrayna-Rusiya danışıqlarına münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Prezident cənab Rəcəb Tayyib Ərdoğan münaqişələrin yaşandığı bölgəmizdə sülh məşəlini daşıyan liderdir: “Biz bu mühüm danışıqları təmin etmək üçün iradələrini nümayiş etdirdiklərinə görə cənab Putinə və cənab Zelenskiyə, müharibənin sona çatması prosesini dəstəklədiyinə görə cənab Trampa və danışıqlara birbaşa, yaxud dolayı dəstək verən bütün liderlərə minnətdarlığımızı bildiririk.Türkiyə və Rusiya ilk gündən Ukraynada sülhün həyata keçirilməsini təmin etmək üçün səylə çalışırlar. Danışıqların ilk iki raundunda mühüm nəticələr əldə etdik. Biz məhbus mübadiləsinin bu günə qədər əldə edilmiş humanitar nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini görməkdən məmnunuq. Biz danışıqların ikinci raundu zamanı tərəflərin atəşkəs və sülhə dair perspektivlərini əks etdirən memorandumların mübadiləsini də mühüm hadisə hesab edirik. Aradan keçən müddət ərzində danışıqlar aparan qruplar texniki səviyyədə əlaqə saxlamışlar. Ümid edirik ki, danışıqların bu üçüncü raundunda tərəflər mübadilə etdikləri memorandumlar üzrə məzmunlu və nəticəyönümlü məsləhətləşmələr aparacaqlar.