AZ

İran və Azərbaycan Astara dəmiryolu terminalında əməkdaşlığı müzakirə ediblər

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

İyulun 23-də İran və Azərbaycan dəmir yollarının nümayəndələri Astara şəhərində yerləşən dəmiryolu terminalını ziyarət ediblər. Nümayəndə heyətinə İran Dəmir Yollarının rəhbəri Cabbarəli Zəkəri Serdrudi, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və digər rayon və şəhər rəsmiləri daxildir.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, tərəflər dəmiryolu terminalında və taxıl anbarında aparılan işlərin gedişatı ilə tanış olublar. Həmçinin, iki ölkə nümayəndələrinin və Gilan vilayətinin administrasiyasının iştirakı ilə görüş keçirilib, burada mövcud problemlər və onların həlli yolları müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
1
qaynarinfo.az

2Mənbələr