AZ

Ağdam və Ağdərədəki yanğınlar nəzarətə götürülüb

Ağdamda baş verən yanğın zamanı qəbristanlıq yanğından mühafizə olunub.

Aznews.az xəbər verir ki, rayonun Əliağalı kəndində yayılan alovun kənd qəbristanlığına keçməsinin qarşısı FHN-nin əraziyə cəlb edilən yanğınsöndürən əməkdaşları tərəfindən qarşısı alınıb.

Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.

xxx

14:46

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

phrase_var_article.chosen
4
7
aznews.az

8phrase_var_article.sources