İstanbulda keçirilən görüşlərin hədəfi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq, müharibəni dayandırmaqdır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tərəflərin əldə etdiyi razılaşmadan asılı olaraq Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirməyə hər zaman hazırdır.