AZ

Almaniya hökuməti hərbi satınalmaların sürətləndirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib

Almaniya hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək və NATO-nun müdafiə xərcləri ilə bağlı hədəflərinin reallaşdırılmasını asanlaşdırmaq məqsədilə hərbi satınalmaların sürətləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qanun layihəsinə əsasən, Almaniya hökuməti müdafiə sənayesi şirkətlərinə istehsala tez başlamaq üçün avans ödənişlərinin verilməsini asanlaşdıracaq.

Sənədin qüvvəyə minməsi üçün qanun layihəsi Almaniya parlamenti tərəfindən qəbul olunmalıdır.

Seçilən
81
50
apa.az

10Mənbələr