AZ

Gəncədə atəş səsləri eşidildi: Polisə MÜQAVİMƏT GÖSTƏRİLDİ

Gəncədə güllələnmə hadisəsi baş verib. Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ajans.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

19:15

Hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Orta yaşlı kişi aldığı güllə yarası ilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.

Seçilən
57
45
busaat.az

10Mənbələr