Qonsalo Qarsiya: “Zirəyə qarşı oyunda üslubumuzu göstərdik, hədəfimiz hər rəqibə qarşı belə oynamaqdır”
– Çətin oyun oldu. Komandamız matça bir qədər həyacanlı başladı və Zirə ilk fürsətdə bizi cəzalandırdı. Amma ikinci hissədə toparlandıq və hesabı bərabərləşdirdik.
– Oyundan əvvəl Zirəni təhlil etmişdiniz. Bugünkü matçda gördüyünüz Zirə ilə analiz etdiyiniz Zirə arasında fərq vardımı?
– Xeyr, fərq olmadı. Mətbuat konfransında da qeyd etdiyim kimi, yaxşı təşkilatlanmış bir Zirə komandası ilə qarşılaşdıq. Uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar və keyfiyyətli oyunçulara sahibdirlər.
– Ötən mövsüm Zirə Xorvatiyanın digər təmsilçisi ilə qarşılaşmışdı. Hayduk bu aqibəti yaşamamaq üçün nə etməlidir?
– Bizim də öz oyun üslubumuz var və bu gün həmin üslubu nümayiş etdirdik. Hədəfimiz yalnız Zirəyə qarşı deyil, bütün rəqiblərə qarşı eyni şəkildə çıxış etməkdir.
– Əgər Zirəni keçə bilməsəniz, bunu faciə hesab edərsiniz?
– Bu futboldur. Yolumuza davam edəcəyik. Əgər növbəti mərhələyə keçə bilməsək, müəyyən dəyişikliklərə ehtiyac olacaq. Amma hazırda bütün diqqətimiz cavab oyununa yönəlib.