AZ

Messi diskvalifikasiya oluna bilər


“İnter Mayami”nin hücumçusu Lionel Messi liqanın ulduzlar yığmasının oyununda iştirak etməkdən imtina etdiyi üçün bir MLS-də bir oyunluq diskvalifikasiya oluna bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı “X” sosial media hesabında məlumat yayıb.
Məlumata görə, 38 yaşlı futbolçu oyundan əvvəlki məşqdə iştirak etməyib.
Qeyd edək ki, iyulun 23-də MLS liqasının ulduzlar yığması ilə Meksika liqasının ulduzlar yığması qarşılaşacaq.
Xatırladaq ki, bu mövsüm Messi bütün turnirlərdə 29 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Seçilən
54
yeniavaz.com

1Mənbələr