Azərbaycan çempionatının gümüş mükafatçısı "Zirə" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"u qəbul edir.
Offsideplus.az xəbər verir ki, "qartallar" ötən mövsüm bu turnirdə pley-off mərhələsinə qədər irəliləməyi bacarmışdılar.
Xorvatiya çempionatını üçüncü yerdə bitirən "Hayduk"la görüşdə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandanın iki əsas üzvü - Salifu Suma və Rafael Utziqin xidmətlərindən yararlana bilməyib.
Suma karyerasını başqa klubda davam etdirmək niyyətindədir. Utziq isə intizamsızlığa görə cəzalanıb və əsas komanda ilə məşq etmir.
Bakı təmsilçisi bu yay heyətini Brahim Konate, Yeqor Boqomolski, İsmayıl İbrahimli, Rövlan Muradov, Abdulaziz Batibie və Vinsent Til ilə gücləndirib.
Til, Boqomolski və Eldar Quliyev zədəsinə görə bugünkü matçda iştirak edə bilməyib.
Konfrans Liqası, II təsnifat mərhələsi
19:30 "Zirə" - "Hayduk" (Split) 1:1 (ikinci hissə)
Qollar: Brahim Konate, 31 - Kalik, 67
Hakim: Kristos Vergetis (Yunanıstan)
8-ci km stadionu ("Neftçi Arena"), Bakı