AZ

Prospektdə velosiped sürən azyaşlılar maşınların arasından keçib təhlükəli vəziyyət yaratdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Azadlıq prospektində təhlükə yaradan velosipedçilər anbaan avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, velosiped idarə edən azyaşlılar təhlükəli vəziyyət yaradıblar. Belə ki, onlar əks istiqamətli yoldan gələrək dayanmış nəqliyyat vasitələrinin arasından keçiblər. Hadisə şahidinin iddiasına əsasən, velosipedçilər yol boyu təhlükəyə səbəb olublar. 

Qeyd edək ki, qanunvericilikdə 14 yaşdan aşağı şəxslərin velosipedlə yola çıxması qadağandır. Təbii ki, bu halda uşağın valideynləri məsuliyyət daşıyır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
91
avtosfer.az

1Mənbələr