AZ

Fransanın ordu baş qərargah rəisi istefaya göndərilib

Fransada ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Tyerri Burkhard tutduğu vəzifədən azad edilib.

Day.Az bu barədə Fransa KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, Emmanuel Makronun sərəncamı ilə boş qalmış posta Fransa hərbi hava qüvvələrinin generalı Fabyen Mandon gətirilib.

Ölkənin müdafiə naziri Sebastyen Lekornü öz X səhifəsində Burkhardı göstərdiyi xidmətlərə görə, o cümlədən "təhdidləri aydın şəkildə görməsi və təhdidlərə qarşı mübarizə aparmaq üçün Fransa Silahlı Qüvvələrini daim uyğunlaşdırmaq səylərinə görə" təşəkkür edib.

Seçilən
50
1
day.az

2Mənbələr