AZ

Bakıda velosiped kirayə verən şirkət cərimələndi İstehlakçı hüquqlarını məhdudlaşdırıb

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Apar Ride” MMC barəsində inzibati xəta protokolu tərtib edib. Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət “istifadəçi razılaşması”na qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
114
2
avtosfer.az

3Mənbələr