AZ

“Aris”in baş məşqçisi: Azərbaycandan qələbə ilə qayıtmaq istəyirik

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycandan qələbə ilə qayıtmaq istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yunanıstanın “Aris” komandasının baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan" ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis ikinci dəfə Azərbaycana səfər etdiyini xatırladıb: “Daha əvvəl “Qəbələ”yə qarşı oyun üçün buraya gəlmişəm. Rəqibə gəlincə,onları analiz etmişik. Bizi sabah çətin oyun gözləyir”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-ü saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.

Seçilən
37
azertag.az

1Mənbələr