ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ukraynanın cənub-şərqindəki Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində baş verən bir neçə partlayışdan sonra iki müəssisə zədələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Serxi Lısak öz Telegram kanalında məlumat verib.
Qeyd edək ki, iyulun 23-nə keçən gecə Krivoy Roqda silsilə partlayışlar olub.
Yerli hakimiyyət əhalini hadisənin nəticələrini əks etdirən foto və videoları dərc etməməyə çağırıb.
Bölgədə hava hücumu həyəcanı elan edilib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.