AZ

Ziya Bünyadov prospektində yol qazılır, sıxlıq yarandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsi istiqamətində aparılan təmir işləri nəqliyyatın hərəkətində ləngimələr yaradıb. Avtosfer.az xəbər verir ki, ərazidəki təmir işləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirib ki, sözügedən ərazidə diametri 1200 mm olan kanalizasiya kollektorunun 1400 metr uzunluğundakı 930 metrlik hissəsi dəyişdirilib: “Hazırda isə 470 metrlik hissənin dəyişdirilməsi üzrə işlər davam etdirilir”.

Qeyd edilib ki, qısa müddətdə tamamlanması üçün işlər sürətlə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
3
avtosfer.az

4Mənbələr