AZ

Yuventusla Portu futbolçularını dəyişəcək

Operativ MM saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İtaliyanın "Yuventus" və Portuqaliyanın "Portu" klubu futbolçularını dəyişəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Turin klubunun "Portu"nun müdafiəçisi Joau Mariunu alacağı, əvəzində eyni mövqedə çıxış edən Albert Koştanı Portuqaliya təmsilçisinə satacağı bildirilib. Nəticədə "Portu" İtaliya klubuna nağd şəkildə 3 milyon avro, daha sonra isə bonus olaraq 1 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, A.Koşta 2024/2025 mövsümündə A Seriyasında 9, J.Mariu isə Portuqaliya çempionatında 27 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
3
operativmm.az

10Mənbələr