AZ

Azərbaycanın kayak və kanoeçiləri Portuqaliyaya yollandılar

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın kayak və kanoeçiləri dünya çempionatında iştirak etmək üçün Portuqaliyaya yola düşüblər.

Fanat.Az xəbər verir ki, Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında keçiriləcək mundialda ölkəmizi 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.

Kanoedə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq. Kayak üzrə isə Amil Ramazanov və Əlimurad Hacızadə fəxri kürsüyə qalxmağa çalışacaqlar.

Qeyd edək ki, bu gün start götürəcək yarış iyulun 27-dək davam edəcək.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
8
fanat.az

10Mənbələr