Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İtaliyanın "Roma" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Brayton"dan Evan Ferqyusonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Roma" irlandiyalı forvard üçün İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək. "Canavarlar" 40 milyon avro ödəməklə 20 yaşlı hücumçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Brayton" Evan Ferqyusonu 2021-ci ilin yanvar ayında "Bohemyans"ın akademiyasından transfer edib. İrlandiya millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Vest Hem"in formasını geyinib.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.