AZ

Azərbaycanı dünya çempionatında 3 idmançı təmsil edəcək

BAKI, 23 iyul. TELEQRAF

Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında dünya çempionatı keçiriləcək.

Teleqraf xəbər verir ki, Azərbaycanı bu yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.

Kanoe növündə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq. Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə dünya çempionatında mükafat qazanmağa çalışacaq.

Seçilən
107
1
teleqraf.com

4Mənbələr