AZ

Aktrisa sularının gəlməməsindən şikayət etdi

Aktrisa Cəmilə Tağızadə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən yenidən şikayət edib.

Publika.az xəbər verir ki, Mərdəkanda yaşayan aktrisa ötən gün sularının yenə gəlmədiyini yazıb.

"Bilmirəm vəziyyətimə gülüm, ya ağlayım. Suyunuz gəlir? Siz deyin, biz nə edək? Susuz qalmışıq, nə edək?" deyə, aktrisa əlavə edib.

Qeyd edək ki, Cəmilə bir neçə gün də sularının gəlməməsi ilə bağlı şikayət edərək "3 ildir Mərdəkana köçmüşük. Yay aylarında su problemi ilə rastlaşırıq. "Azərsu"dan şikayətim var. Zəng edirik, qaynar xəttinizə düşə bilmirik. Açanda da deyirsiniz ki, hər yerdə su problemi var. Amma necə olur ki, küçədən su kanalizasiyaya axıb gedir. Amma su sakinlərə çatmır. Bunu izah edin" sözlərini yazıb. (axşam.az)

Seçilən
57
12
publika.az

10Mənbələr