Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Suriya müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün Türkiyədən rəsmi dəstək istəyib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN-dən bildirilib.
Qeyd olunub ki, bu tələbə əsasən, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün Türkiyənin təlim, məsləhət və texniki dəstək vermək səyləri davam edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.